Bulud Həlləri

Bulud yaddaş nədir?
Bulud yaddaş (Cloud storage) – İnternet üzərindəki sabit disk deməkdir; fayllarınızı saxlamağa və dünyanın hər hansı bir yerindən asanlıqla istifadə etməyə imkan verən bir xidmətdir. İstifadə etdiyiniz bütün cihazlardan fayllarınızı sinxronlaşdıraraq, istənilən yerdən  əlçatanlığını təmin edə bilərsiniz.

Sənədlərinizi buludda saxlamaq üçün bir çox üstünlük var.

Istifadəçilər üçün investisiya xərcləri tələb etmir.

Istəyinizə uyğun buludun qurulması çox qısa müddətdə başa gəlir.

Sadə quruluşa malikdir. RAM, fiziki serverlər kimi, disk dəyişdirməsini tələb etmir.

Bulud yaddaşınızın idarə etməsinin sizdə olmasına baxmayaraq, tam işlək vəziyyətdə olması və  əlçatanlığı bizim məsuliyyətimizdədir.

Tezniki (hardware) problem yaşanmır.

Fiziki serverlərlə olduğu kimi, resurslarınızı artırmaq gərəyi olmur.

Yer və elektrik qənaət edir, beləliklə, xərcləriniz azalır.

Fiziki serverlərdən fərqli olaraq, bu, sürətli və etibarlı saxlama ilə işləyir.

Bulud saxlama xidmətlərinin bir çox növləri var. Biz sizin üçün ən yaxşı bulud xidmətini seçib, tələblərinizə uyğunlaşdırmağa kömək edə bilərik.