CRM – Müştəri Münasibətlərinin İdarəsi

CRM, (customer relationship management) müştəri ehtiyaclarını anlamaq və qarşılamaq, müştərilərinə uyğun məhsul və xidmətlər inkişaf etdirmək, yeni və sadiq müştərilər tanımaq üçün inkişaf etdirilmiş bir sistemdir. CRM sistemləri, mövcud müştərilərlə firmaların əlaqələrini yaxşılaşdırmaq, yeni müştərilərə çatmaq və bütün müştəriləri saxlamaq üçün davamlı olaraq yenilənir. Mövcud bazarlarda rəqabət mühitinin davamlı artımı bu sistemin daha effektiv istifadə edilməsinə səbəb olub. CRM-in mövcudluğunun ən vacib səbəblərindən biri şirkətin məhsullarına müştəri sadiqliyinin qorunması və artırılmasıdır.

Müştərilərlə əlaqələrini mükəmməlləşdirmək istəyən şirkətlər bu proqramı seçirlər. Çünki müştərilərin məlumatlarını yığıb bu istiqamətdə işlər etməyə imkan təmin edən CRM sistemləri, firma və müştəriləri arasında problemsiz bir əlaqə qurmaq üçün nəzərdə tutulmuşdur. CRM sistemləri ilk növbədə şirkətlərə öz müştərilərinə hansı yollarla çatmağa kömək edir ki, bu da əhəmiyyətli bir nöqtədir. Rəqabət mühitində yeni müştərilər əldə etmək üçün lazımi addımlar atmaq lazımdır. CRM, bu mövzuda şirkətlərə, izləniləcək yol asanlıqla göstərir. Müştərilərimizi necə daha çox məmnun edə bilərik deyə düşünən firmaların bu proqram sayəsində çətinlik çəkmədən müştəri məmnuniyyəti təmin edəcəyini söyləmək səhv olmaz. Uğurunu inkişaf etdirmək istəyən şirkətlər tərəfindən bu sistemin istifadəsi üstünlük təşkil edir.