ERP – Müəssisə Resurslarının Planlaşdırılması

Proqram təminatının hazırlanması əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu istiqamət üzrə dövlət və özəl qurumlar üçün, iş məhsuldarlığını artırmaq və iş prosesini sürətləndirmək məqsədilə, istifadəçinin iş səmərəliliyini rəhbər tutaraq, müxtəlif platforma və proqramlaşdırma dillərində hər növ tətbiqetmələr tərəfimizdən hazırlanır. Bu gün müəssisədə yaxşı proqram təminatının olması keçici həvəs deyil, daim artan rəqabətdən yaranan zərurətdir. Müssisənizdə iş bölgüsü tamamilə  şaxələnibdirsə hansı sahənin və ya ümumiyyətlə bütün sahələrin elektronlaşdırılması qərarlaşdırılır. Bu proseslər müəssisənizdə aparılır və sizə məxsus olan proqram təminatının yazılması sizin də istəklərinizi nəzərə almaqla həyata keçirilir. Bu xidmətlərə 1 il ərzində texniki dəstək də daxildir.  Düzgün ERP texnologiyasının tətbiqi müasir tələblərə cavab verən əməliyyatlar, sadə funksionallıq, istənilən zaman və istənilən yerdə hər hansı cihazla biznesinizin cari vəziyyətinə baxış və təhlükəsiz olmaqla yanaşı, şirkətinizin dəyişən ehtiyaclarına uyğunlaşan ERP platforması ilə nəticələnməlidir. NakhITSolutions şirkəti olaraq istehsalat proseslərinin uğurla fəaliyyət göstərməsi və sabit gəlir gətirməsi üçün müəssisənin resurslarının planlaşdırılmasını (ERP) necə təşkil etmək lazım olduğunu dəqiq bilir və hər hansı işə başladıqda, onu mükəmməl surətdə yerinə yetiririk!