Haqqımızda

Biz kimik?

NakhITSolutions Naxçıvan MR-də fəaliyyət göstərən, İnformasiya Texnologiyaları xidmətləri və həlləri təqdim edən ilk peşəkar şirkətdir. Veb saytların hazırlanması, proqram təminatının yazılması, İT infrastrukturunun qurulması və digər innovativ İT həllərinin tətbiqi ilə məşğul olan şirkət özəl və dövlət müəssisələrində, həmçinin şəxsi biznes sahəsində proqram və texniki həllərin tətbiqi və təkmilləşdirilməsi xidmətlərini prioritet istiqamət kimi müəyyən etmişdir.

Şirkətin keyfiyyət göstəricisi sertifikatlaşmaya əsaslanan, yüksək ixtisaslı mütəxəssislər komandasının olmasıdır.

 

Missiyamız

Missiyamız – Müasir İT həlləri tətbiq etməklə istər özəl istərsə də dövlət müəssisələrinin iş prosesini mükəmməlləşdirməkdir.

Məqsədimiz

Məqsədimiz  Qısa müddətdə, öndə gedən İT şirkətinə çevrilməkdir.