İP kamera videomüşahidə sistemləri

İnternet-kameralar (İP-kameralar) ev və ya müəssisənizə kənardan müşahidə  və təhlükəsizliyinin təminatı üçün nəzərdə tutulan sistemdir. Bu çoxfunksional kameralar binanın və ya kampusun İnternet şəbəkəsinə və geniş zolaqlı İnternet qovşağına qoşulur. Internet-kamera quraşdırılmış prosessor və Web-serverdən ibarətdir ki, bu da evin, ofisin və ya müəssisənin müşahidə probleminin baha olmayan həllini təmin edir. Quraşdırılmış Web-server kameraya kompüterin qoşmaq məcburiyyətini aradan qaldırır. Quraşdırdıqdan sonra kameraya daxil olmaq, kökləmələri dəyişmək və videogörüntünü canlı olaraq müşahidə etmək üçün quraşdırılmış İP-ünvandan istifadə etmək olar. Bu sistem, həmçinin sizə mobil telefonunuz vasitəsilə də qoşulmağa imkan verir. Tətbiq olunacaq kameranın modelindən və funksionallığından asılı olaraq, istəyinizə uyğun xidmət təklif edirik.