İT təhlükəsizliyi

Məlumat itkisi əsas etibarilə əməliyyat sistemləri və ya proqram təminatında olan boşluqlar və məlumatsızlıq səbəbilə yarana bilir. İstifadə edilən proqram təminatındakı boşluqlar, şəbəkənin layihələndirilməsi və qurulması zamanı buraxılan səhvlər, məlumatların saxlanılması və idarəedilməsində olan nöqsanlar potensial məlumat itkisi mənbələridir. Bizim məqsədimiz, sifarişçinin məlumatlarının xarici və daxili müdaxilədən qorunduğu təhlükəsiz İT mühitinin qurulmasıdır. Bu xidmə t üzrə aşağıdakıları təklif edirik:

  • Sifarişçinin sisteminin informasiya təhlükəsizliyinin cari vəziyyətinin analiz edilməsi;
  • İnformasiyanın təhlükəsizliyi siyasətinin və ya sifarişçinin tələblərinə uyğun olaraq informasiya sisteminin antivirus müdafiəsi ilə əlaqədar həllərin işlənib hazırlaması;
  • Qəbul edilən və göndərilən internet trafikə nəzarət;
  • Kompüter şəbəkələrinin viruslardan və xaker hücumlarından müdafiəsi;
  • Şirkətin işçiləri üçün kompüter şəbəkələrinə təhlükəsiz uzaqlaşdırılmış daxilolmanın təmin edilməsi
  • İnformasiyanın daxil və xaric edilməsi qurğuları ilə əlaqədar risklər;
  • Səhvlərdən və vacib məlumatların itirilməsindən müdafiə;
  • Vacib informasiyaların arxivasiyası və ehtiyat surətinin çıxarılması;
  • İKT infrastrukturunun təhlükəsizliyinin artırılması məqsədilə informasiyaya daxil olma hüququnun məhdudlaşdırılması.