Mobil həllər

Günümüzdə internet istifadəçilərinin 40% internetə mobil qurğular vasitəsi ilə daxil olmaqdadır. Bu tendensiya istənilən biznes sahəsi üçün mobilləşmə zəruriyyətini yaradır. Beləki, müasir dövrdə istənilən biznes sahəsinin müştəriləri öz sorğularını mobil qurğular vasitəsi ilə göndərir. Bunu nəzərə alaraq biz, geniş imkanlı imkanlı multiplatforma (iOS, Android, Windows) dəstəyinə sahib, mobil həlləri və tətbiqləri təklif edirik.

Şirkət və qurumlar müəssisədaxili iş prosesini optimallaşdırmaq məqsədi ilə idarəetmə və qərarvermə vasitələrinin mobilləşməsinə üstünlük verirlər. Biz də öz müştərilərimizin müəyyənləşdirdikləri hədəflərə çatmasına nail olması üçün, təşkilatların və qurumların məqsədlərinə uyğun proqram təminatı modelinin seçilməsindən başlayaraq, seçilmiş  sistemə mobil daxiloma imkanlarının təmin edilməsi və mobil autsorsinqin təşkil edilməsinə qədər təmin edirik.

Sahib olduğumuz çoxillik təcrübə və formalaşmış bilik bazası bizə tələblərinizə ən uyğun həlli və texniki yanaşmanı təyin edib, onu tətbiq etməyə imkan yaradır.